Sevdi Ürək — Namiq qaraçuxurlu, Айгюн кязымова

Название
Sevdi Ürək
Альбом
Год
Жанр
( Пока оценок нет )

Bu nə cür eşq odudur ki, bürüyübdür canımı?
Özümü atəşə saldım, sevib Aygün xanımı
O da sanki aya bənzər, günə bənzər bir adam
Ona məncə vurular, aşiq olar hər bir adam
O da sanki aya bənzər, günə bənzər bir adam
Ona məncə vurular, aşiq olar hər bir adam

Səninlə ki görüşmüşəm
Ah, nə yaman dəyişmişəm
Mən də bu eşqə düşmüşəm
Mən də sevirəm
Səninlə ki görüşmüşəm
Ah, nə yaman dəyişmişəm
Mən də bu eşqə düşmüşəm
Mən də sevirəm
Mən sevirəm

Məni sevsən də, yenə mən daha artıq yanıram
Sənə kim eşqini elan eləyib, qısqanıram
Öz əlin dəysə sənə, qısqanıram əllərini
Mənə qalsa, deyərəm: «tökmə üzə tellərini!»

Nə günah sayibiyəm ki axı? Az danla məni!
Məni el sevsə də, yalnız səninəm, anla məni

Hövsələdən çıxma belə
Qəlbini heç sıxma belə
Şüphə ilə baxma belə
Mən də sevirəm
Hövsələdən çıxma belə
Qəlbini heç sıxma belə
Şüphə ilə baxma belə
Mən də sevirəm
Mən sevirəm

Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə bütün dünyanı
Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə dünyanı
Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə bütün dünyanı
Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə dünyanı

Necə isbat eləyərsən mənə məhəbbətini?
Eləyərsənmi, desəm: «tərk elə öz sənətini!»
O zaman da ürəyim rahat olar, dincələrəm
Səni bu sevgidə öz yarına sadiq bilərəm
O zaman da ürəyim rahat olar, dincələrəm
Səni bu sevgidə öz yarına sadiq bilərəm

Dərk elə öz söhbətini!
Gəl, unut bu niyyətini!
Sən sevirsən sənətini
Mən də sevirəm
Dərk elə öz söhbətini!
Gəl, unut bu niyyətini!
Sən sevirsən sənətini
Mən də sevirəm
Mən sevirəm

Elədirsə, qoşulaq bir-birinə, ad eləyək
Sən oxu, mən də deyim, bir təzə icad eləyək
Ola gerçək və həyata keçə bu xülyamız
Həm sənət yaşasın, həm də bizim sevdamız

Var idi məndə də çoxdan belə bir arzu, dilək
Yaradaq mahnı, qoyaq biz adını «Sevdi Ürək»

Qoy eşitsin bütün cahan
Bu doğrudur, deyil yalan
Yarım məni sevir yaman
Mən də sevirəm
Qoy eşitsin bütün cahan
Bu doğrudur, deyil yalan
Yarım məni sevir yaman
Mən də sevirəm
Mən sevirəm

Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə bütün dünyanı
Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə dünyanı
Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə bütün dünyanı
Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə dünyanı
Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə bütün dünyanı
Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə dünyanı
Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə bütün dünyanı
Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə dünyanı

LyrDB.ru
Добавить комментарий